image-n1karobka_ads
image-123
image-68dbe16502e8bd77a24be6e0backend

Cənubi Afrikanın Fransadakı səfiri ölü tapıldı

image-ad_qayo_720x110px

Cənubi Afrika Respublikasının Fransadakı səfiri Nkosinathi Emmanuel Mthethwa Parisdə ölü tapılıb.

Doğru.az xəbər verir ki, məlumatı Le Parisien yayıb. Bildirilir ki, diplomat yoxa çıxdıqdan bir gün sonra onun meyiti əvvəllər 22-ci mərtəbədə otaq bron etdiyi otellərdən birinin yaxınlığında aşkarlanıb.

Prokurorluğun açıqlamasına görə, Mthethwa-nın yoxa çıxması barədə bir gün əvvəl həyat yoldaşı polisə məlumat verib. O, diplomatdan “narahatedici mesaj” aldığını bildirib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, daha əvvəl Almaniya səfirliyinin əməkdaşı Pakistandakı mənzilində ölü tapılmışdı.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki