Cənubi Koreya hakimiyyəti ölkədə dövlət və hərbi obyektlərdə yerləşdiriləcək pilotsuz uçuş aparatlarına qarşı inteqrasiya olunmuş müdafiə sistemi qurmaq niyyətindədir.
Bu barədə Yonhap xəbər agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, müdafiənin gücləndirilməsi proqramı üçün satınalmalar saytında 48,5 milyard von (təxminən 37,2 milyon dollar) dəyərində layihə yerləşdirilib.
Bu layihə çərçivəsində Cənubi Koreya silahlı qüvvələri tərəfindən idarə olunan pilotsuz uçuş aparatlarından müdafiə sisteminin alınması planlaşdırılır.
Yeni İHA-nın mühafizə sisteminin tədarükü üzrə tenderdə iştirak üçün ərizələrin qəbulunun bu il avqustun 8-dək davam edəcəyi planlaşdırılır.
Sistemə qoyulan əsas tələblər arasında dronları izləmək və siqnal stubası vasitəsilə onları tez zərərsizləşdirmək imkanı var.
Mənbə: TASS

























