image-ads_n1karobka_mobile
image-2023-01-28t153829z_492389858_rc2rzy9m1o5j_rtrmadp_3_czech-election-pic_32ratio_900x600-900x600-97620-1backend

Çexiya Prezidenti Ukraynaya dəstəyin davam etdiyini açıqlayıb

Çexiya prezidenti Petr Pavel bildirib ki, Ukrayna bundan sonra da Praqanın dəstəyinə arxalana bilər.

TASS xəbər verir ki, bu barədə o, ukraynalı həmkarı Vladimir Zelenski ilə keçirdiyi mətbuat konfransında bildirib.

“Münaqişə dövründə Çexiya təkcə hökumət deyil, həm də kommersiya şirkətləri və vətəndaşları Rusiyanın təcavüzü ilə mübarizə üçün Ukraynaya 45 milyard kron  göndərib”, – Pavel bildirib.

Onun sözlərinə görə, Çexiya Ukraynaya 676 ədəd ağır texnika və hava hücumundan müdafiə sistemləri, təxminən 4,2 milyon ədəd orta və iri çaplı döyüş sursatları və ya məsələn, 380 min artilleriya mərmisi verib.

Mənbə: TASS


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki