image-n1karobka_ads
image-123
image-shutterstock_2305090059-pic_32ratio_1200x800-1200x800-7892backend

ChatGPT yeni xüsusiyyətini təqdim edib

OpenAI ChatGPT chatbot üçün istifadəçilərə söhbətlərinin surətlərini başqa insanlara göndərməyə imkan verən yeni funksiya təqdim edib.

Bu barədə ZDNet portalı məlumat yayıb.

“Yazışma”nı paylaşmaq üçün ChatGPT-nin veb versiyasının istifadəçisi söhbət siyahısının yan menyusunda yerləşən “Paylaş” düyməsini sıxmalıdır. Link yaratmazdan əvvəl siz həmçinin istifadəçi adı təyin edə və ya söhbəti anonim edə bilərsiniz.

Linki alan şəxs göndərmə zamanı istifadəçi ilə chatbot arasındakı bütün söhbəti görə biləcək. Yazışmalara baxmaq üçün ChatGPT-də qeydiyyatdan keçmək lazım deyil. Əgər istifadəçinin chatbotda şəxsi hesabı varsa, o, dialoqu davam etdirə biləcək, ancaq öz adından.

Mənbə: Lenta.ru

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki