Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Xarici Əlaqələr Komissiyasının ofisinin rəhbəri Vanq Yi Efiopiyanın Baş naziri Abiy Əhməd və Afrika ölkəsinin baş nazirinin müavini və xarici işlər naziri Demeke Mekonnen ilə görüşüb, onlarla ikitərəfli əlaqələrin inkişafı məsələlərini müzakirə edib.
Bu barədə TASS məlumat yayıb.
Vanq Yi vurğulayıb ki, Çin və Efiopiya strateji tərəfdaşdırlar və eyni zamanda ortaq məqsədləri var. O əlavə edib ki, Pekin Efiopiya ilə dostluğunu yüksək qiymətləndirir.
“Çin Afrika ölkələri ilə əməkdaşlığı inkişaf etdirərkən heç vaxt onların daxili işlərinə qarışmır, heç vaxt siyasi şərtlər qoymur və heç vaxt geosiyasi maraqlar güdmür”, – çinli diplomat bildirib.
Mənbə: TASS

























