Çin Xarici İşlər Nazirliyinin sözçüsü Hua Chunying Tvitter hesabında yazıb ki, Çin xalqı 1999-cu ildə Belqraddakı Çin səfirliyinin bombalanmasını hələ də xatırlayır.
“Biz NATO-nun Yuqoslaviyadakı Çin səfirliyinin bombalanmasına görə Çin xalqına qan borcunu unutmamışıq. Asiya-Sakit Okean regionu ölkələri NATO-nun döyüş maşını, daha çox “NATO-nun Asiya-Sakit okean versiyası”nı alqışlamır”, deyə Hua Chunying bildirib.
Diplomat öz tvitini NATO-nun Əfqanıstan, İraq, Liviya və Yuqoslaviyadakı bombardmanlarının fotoşəkilləri ilə təsvir etdi və Şimali Atlantika Alyansını dünyada blok siyasəti və hərbi əməliyyatlar apardığına görə qınayıb.
Mənbə: Haber Global

























