image-n1karobka_ads
image-123
image-696da0b7ae5ac901db55e046backend

Çində 11 milyondan çox insan ölüb

image-add-a-heading

2025-ci ildə Çin əhalisinin sayı 3,39 milyon nəfər azalaraq 1 milyard 404 milyon 890 min nəfərə düşəcək.

Doğru.az xəbər verir ki, bu barədə Çin Milli Statistika Bürosu məlumat yayıb. TASS-ın məlumatına görə, hesabat dövründə ölkədə 7,92 milyon uşaq dünyaya gəlib, 11,31 milyon nəfər isə vəfat edib. Bu göstəricilər nəticəsində Çində əhalinin təbii azalması davam edib.

Mütəxəssislər demoqrafik geriləmənin əsas səbəbləri sırasında doğum səviyyəsinin aşağı düşməsini və əhalinin sürətlə qocalmasını göstərirlər.

Qeyd edək ki, dekabr ayında Rusiyanın Baş naziri Mixail Mişustin də ölkədə demoqrafik vəziyyətin yaxşılaşdırılması ilə bağlı Rusiya hökumətinə yeni ideyalar və təkliflər hazırlanması barədə tapşırıq verildiyini açıqlamışdı. Demoqrafik problemlər hazırda bir çox ölkələr üçün aktual çağırış olaraq qalır.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki