image-n1karobka_ads
image-123
image-686a3b86ae5ac96a3973531bbackend

Çində 19 uşaq qida əlavələrindəki qurğuşundan zəhərlənib

Çinin şimal-qərbində yerləşən Qansu əyalətinin Tianshui şəhərində uşaq bağçasına gedən azı 19 uşaq qurğuşunla zəhərlənib.

Doğru.az xəbər verir ki, bu barədə “Shanyou Xinwen” xəbər portalı məlumat yayıb. Bildirilib ki, Sian Mərkəzi Xəstəxanasının uşaq xəstəlikləri şöbəsinə yalnız iyulun 3-də qurğuşun zəhərlənməsi diaqnozu ilə 19 uşaq yerləşdirilib.

İlkin araşdırmalar nəticəsində məlum olub ki, Tianşuy şəhərinin Mayji rayonunda yerləşən bağçada istifadə olunan qida əlavələrinin tərkibində qurğuşun normadan artıq olub. Qan analizlərində uşaqlarda qurğuşun miqdarı hər litr üçün 300-400 mikroqram arasında qeydə alınıb.

Məsələ ilə bağlı yerli Bazar Nəzarəti Bürosu və İctimai Təhlükəsizlik Bürosu araşdırmalara başlayıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki