image-2000x150px
image-123
image-ads_atlas
image-1580127640-8984backend

Çində gələn il üçün faciəli COVID-19 proqnozu verildi

image-728x90px

Şanxaydakı Deçzi xəstəxanasında həkimlər əhalini COVID-19-a qarşı “faciəli döyüşə” hazırlaşmağa çağırıb.

Ölkədə koronavirus məhdudiyyətlərin aradan qaldırılmasından iki həftə sonra mütəxəssislər virus dalğasının sözün əsl mənasında ölkəni əhatə edəcəyini gözləyirlər.

Məsələn, Şanxayın 25 milyon əhalisinin yarısının gələn həftənin sonuna qədər koronavirusa yoluxa biləcəyi ehtimal olunur.

Rəsmi rəqəmlərə görə, bu gün şəhərdə təxminən 5,43 milyon COVID-19 xəstəsi var və bu rəqəm 12,5 milyon nəfərə qədər arta bilər.

“Bu böyük döyüşdə bütün Şanxay iştirak edəcək, bütün xəstəxana işçiləri və ailələrimiz yoluxacaq. Xəstələrimiz yoluxacaq. Seçimimiz yoxdur, qaça bilməyəcəyik”, – deyə həkimlər bildiriblər.

Qeyd edək ki, Çində gələn il koronavirusla əlaqəli xəstəliklərdən təxminən 1 milyon insanın öləcəyi proqnozlaşdırılır.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki