image-ads_n1karobka_mobile
image-upload-rtx5n7m2-pic905-895x505-5025backend

Çində uşaq bağçasına bıçaqlı hücum nəticəsində 6 nəfər ölüb

Çinin Quandun əyalətində bir kişinin uşaq bağçasına bıçaqla hücumu nəticəsində azı 6 nəfər ölüb, 1 nəfər yaralanıb.

Bu barədə BBC polisə istinadən xəbər verir.

Hazırda 25 yaşlı gənc saxlanılıb. Hücum yerli vaxtla saat 7:40-da (Moskva vaxtı ilə 2:40) baş verib.

Polis qurbanların kimliyini və yaşını açıqlamayıb.

Hüquq-mühafizə orqanları hücumu “qəsdən planlaşdırılmış” adlandırıb. Cinayətin digər təfərrüatları da məlum deyil.

İyunun 8-də Fransanın Ansi şəhərinin göl sahilindəki parkında uşaq meydançasında uşaqlara hücum olub. Hasardan tullanan şəxs bağçanın şagirdlərinə hücum edib. Müxtəlif hesablamalara görə, 5-9 nəfər yaralanıb. Üç nəfərin vəziyyəti ağırdır. Fransa prezidenti Emmanuel Makron “tamamilə xain hücumu” pisləyib. “Uşaqlar və bir böyüklər həyatla ölüm arasındadır. Ölkə şokdadır”, – prezident “Twitter” səhifəsində yazıb.

Mənbə: BBC


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki