image-2000x150px
image-123
image-ads_atlas
image-img-20221210-wa0132backend

Coca-Cola möcüzəsi “Soyuq əllər, isti ürək” yarmakasında – FOTO

image-728x90px

Coca-Cola Yeni İl bayramı ərəfəsində Bakıda ənənəyə çevrilən “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkasının əsas tərəfdaşlarındandır.

“Nargis Fund”un təşəbbüsü ilə həyata keçirilən yarmarkada Coca-Cola insanlara xoşbəxt əhval bağışlamaq üçün 15 metr hündürlüyündə ikonik şam ağacını və Şaxta babanın “Möcüzə Evi”ni qurub.

Coca-Cola şirkətinin Qafqaz və Orta Asiya regionu üzrə İctimaiyyətlə Əlaqələr və Kommunikasiya direktoru Elşad Fərzəliyev bildirib ki, Coca-Cola uzun illərdir, bütün dünyada insanlara Yeni İl bayramı sevincini bəxş edir:

“1920-ci ildən bəri Coca-Cola hər il Yeni İl bayramı üçün müxtəlif kampaniyalar keçirir, insanlara xoşbəxtlik bəxş edir. Coca-Colanın məşhur Yeni İl karvanı, reklam çarxları buna misaldır. Həmişəki kimi bu bayramda da birlikdəyik. Belə ki, Azərbaycanda həyata keçirdiyimiz kampaniyaların bir hissəsi olaraq “Soyuq əllər, isti ürək” yarmarkasının tərəfdaşıyıq. İnanırıq ki, bu il də insanlara unudulmaz bayram əhvalı bəxş edəcəyik”.

Qeyd edək ki, artıq 10-cu ildir ki, keçirilən yarmarkada əldə olunan vəsait xeyriyyə məqsədilə sərf olunur.

Xatırladaq ki, dünyanın ən sevilən içki brendi olan Coca-Cola hər il Yeni İl üçün bir-birindən möhtəşəm kampaniyalar keçirirək Yeni İl möcüzəsinin gəlişini insanların yadına salır.

Coca-Cola Yeni İl bayramı ərəfəsində Azərbaycanda da “Əsl Möcüzə” şüarı ilə genişmiqyaslı kampaniyaya start verib. Birgə olmağın və bayramı birlikdə qeyd etməyin sehrinə inanan şirkət bayram ab-havasına möcüzəvi anlar qatır.

DOĞRU.AZ

image-img-20221210-wa0132 image-img-20221210-wa0133 image-img-20221210-wa0131 image-img-20221210-wa0130

 

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki