Dağıstanın Səhiyyə Nazirliyi həkimlərin Untsukul kəndində atışma zamanı xəsarət alan şəxslərin vəziyyətini stabilləşdirdiyini açıqlayıb.
Doğru.az xəbər verir ki, Nazirliyin məlumatına görə, yaralılar əməliyyat olunub və hazırda Untsukul Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsində yerləşdiriliblər. Həkimlərin səyi nəticəsində onların vəziyyəti stabilləşib.
Məlumata əsasən, Dağıstan Fəlakət Təbabəti Mərkəzinin cərrahını daşıyan helikopter də yaralıların vəziyyətini qiymətləndirmək üçün kəndə göndərilib.
Xatırladaq ki, bir gün öncə kənddə baş verən atışmada 3 nəfər yaralanmışdı. Regional Səhiyyə Nazirliyi yaralılardan ikisinin vəziyyətinin ağır olduğunu bildirib.
Məktəbin keçmiş direktor müavini isə RT-yə açıqlamasında hadisənin məktəbin yaxınlığında baş verdiyini deyib.
DOĞRU.AZ