image-2000x150px
image-123
image-ads_atlas
image-esasbackend

Daşkəsəndə səyyar göz müayinəsi aksiyası keçirildi – Fotolar

image-728x90px

“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin birgə təşkilatçılığı ilə Daşkəsən rayonunda ilk dəfə səyyar göz müayinəsi aksiyası təşkil edilib.

Doğru.az” xəbər verir ki, tibbi müayinə aksiyası əhatəli elmi fəaliyyəti ilə ölkəmizdə oftalmologiya sahəsinin inkişafına əhəmiyyətli töhfələr vermiş görkəmli alim Zərifə Əliyevanın anadan olmasının 100 illiyi çərçivəsində keçirilib.

Aksiyanın ilk günü Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, həmçinin qazilər müayinəyə cəlb ediliblər. Aksiyada, ümumilikdə 300 nəfərə yaxın Daşkəsən sakini iştirak edib.

Vətəndaşlar geniş imkanlara malik müasir diaqnostik avadanlıqlarla təchiz edilmiş səyyar klinikada Milli Oftalmologiya Mərkəzinin həkimlərinin ümumi göz müayinəsi, görmə diaqnostikası, gözdaxili təzyiqin ölçülməsi, gözün optik gücünün təyin edilməsi və digər müxtəlif tibbi xidmətlərdən yararlanıblar. Müayinələr əsnasında presbiopiya, miopik astiqmatizm, allergik konyunktivit, quru göz sindromu və s. diaqnozlar aşkar olunaraq, müvafiq müalicə kursları təyin edilib.

Qeyd edək ki, səyyar tibbi müayinə aksiyaları yerli icmaların, xüsusilə ucqar kənd sakinlərinin səhiyyə sahəsində xidmətlərə əlçatanlığının artırılması, profilaktik müayinə mədəniyyətinin təbliği məqsədilə “AzerGold” QSC tərəfindən tərəfdaş qurumlarla birgə mütəmadi olaraq təşkil edilir.

DOĞRU.AZ

image-usaq image-thumbnail_02 image-thumbnail_03 image-thumbnail_04 image-thumbnail_05 image-thumbnail_06 image-thumbnail_07

 

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki