image-2000x150px
image-123
image-ads_atlas
image-img_20210402_201556backend

“Davam” və Sağlam Ailə Tibb Mərkəzi əməkdaşlıq sazişi imzalayıb – FOTOLAR

image-728x90px

Doğru.az xəbər verir ki, 1 aprel 2021-ci il tarixində “Davam” Gənclər Hərəkatı və Sağlam Ailə Tibb Mərkəzi arasında əməkdaşlıq sazişi imzalanıb.

“Davam” Gənclər Hərəkatının sədri Nihad Allahyarlı və Sağlam Ailə Tibb Mərkəzinin icraçı direktoru Nigar Rüstəmli tərəfindən imzalanan saziş əsasında hərəkatın üzvü olan gənclərin inkişafı və maariflənməsi istiqamətində müxtəlif layihələr həyata keçiriləcək.

Görüş zamanı “Davam” Gənclər Hərəkatının sədri hərəkat haqqında danışaraq qeyd edib ki, hərəkat yeni olmasına baxmayaraq, üç minə yaxın gənci öz ətrafında birləşdirərək onların inkişafı üçün gözəl imkanlar yarada bilib. Bu imkanlar çərçivəsində gənclər həm öz asudə vaxtlarını səmərəli dəyərləndirir, həm də maraqları olan sahələr üzrə maariflənərək ideoloji sağlam gənclik kimi yetişirlər.

Öz növbəsində çıxış edən Sağlam Ailə Tibb Mərkəzinin icraçı direktoru Nigar Rüstəmli bildirib ki, fəaliyyət göstərdiyi 18 il ərzində daima gənclərin inkişafına, sağlamlığına və maariflənməsinə xüsusi diqqət ayıran Sağlam Ailə Tibb Mərkəzi bu dəfə də öz növbəsində “Sağlam gənclik, sağlam gələcək” şüarı ilə davamçı gənclərlə müxtəlif mövzulu görüşlər təşkil edəcək və onlar üçün xüsusi imkanlar yaradacaqdır.

DOĞRU.AZ 

image-img_20210402_153516_062 image-img_20210402_152828_291 image-img_20210402_152825_419 image-img_20210402_153513_089 image-img_20210402_152830_450

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki