image-2000x150px
image-123
image-ads_atlas
image-1e94e2fa-9ebc-45be-9caf-3917fa58cd74backend

“Dəmir Yumruq” mükafatlandırma mərasimində yaşananlar

image-728x90px

Azərbaycanda milli mətbuatımızın, öz ana dilimizdə çıxan ilk qəzetin nəşrə başlamasının 147 ili tamam oldu. Görkəmli maarifçi, təbiətşünas alim, publisist, mütəfəkkir, vətənpərvər ziyalı Həsən bəy Zərdabi tərəfindən təməli qoyulan “Əkinçi” qəzeti ilə yaranan Milli Mətbuatımız bir əsr yarıma yaxın yol qət edərək, ağır sınaqlardan keçib bu gün öz inkişaf yolunu uğurla davam etdirir. Azərbaycan mətbuatının ilk müjdəçisi olan “Əkinçi” qəzeti mütərəqqi ideyaları ilə xalqımızın milli oyanışında, maariflənməsində, elm və təhsilində, milli birliyimizdə böyük rol oynamışdır. Bu gün istər ictimai-siyasi, istərsə də digər sahələrdə həyatımızı mediasız təsəvvür etmək çətin olardı. Qloballaşan dünyada soyuq müharibələrlə yanaşı, informasiya müharibəsi də böyük vüsət almışdır. İnformasiya müstəvisində baş verən hadisləri vaxtında və dəqiq ictimaiyyətə çatdırılmasında medianın rolu danılmazdır. Məhz bu baxımdan da Milli Mətbuat Günü hər il dövlətimiz və ictimai təşkilatlar tərəfindən böyük təntənə ilə qeyd olunur. Hər il olduğu kimi, bu il də milli mətbuatımızla bağlı çoxlu sayda tədbirlər həyata keçirildi.

Bu tədbirlərdən biri də ZÜMRÜD-M PRODUCTİON tərəfindən qeyd olundu.

Qeyd edək ki, Zümrüd Güləliqızı tərəfindən yaranan ZÜMRÜD-M PRODUCTİON yarandığı 2010-cu ildən indiyə kimi milli mətbuatımızla bağlı böyük tədbirlər təçkil etməkdədir. Bu il də ZÜMRÜD-M PRODUCTİON tərəfindən milli mətbuatımızın 147-ci ildönümü ilə əlaqədar möhtəşəm bir tədbir keçirilidi. Tədbirin informasiya dəstəyi Oxuməni.az saytı, Farrux TV və Star.TV idi.

Tədbir dövlətimizin himni ilə açıldı. Himnimiz səslənib qurtardıqdan sonra tədbirin aparıcıları Zümrüd Güləliqızı və Şirməmməd Hüseynov tədbirdə iştirak edənləri salamlayaraq Milli Mətbuat Günü münasibətilə iştirakçıları təbrik etdilər. Sonra isə 44 günlük Vətən müharibəsində həlak olan şəhidlərin ruhu ehtiram əlaməti olaraq 1 dəqiqəlik sükutla yed edildi. Ardınca Həsən bəy Zərdabi rolunda oynayan foto-müxbir Şahin Yüksəl Sərkərov səhnəyə gələrək milli mətbuatımızın banisi, mütəfəkkir ailimin obrazında çıxış etdi. Bu çıxışdan sonra tədbirdə iştirak edən çoxlu sayda Vətən müharibəsi qaziləri səhnəyə dəvət olundular. Onlar da öz təbriklərini dedikdən sonra tədbirin sponsorlarının nümayəndələri tərəfindən qazilərin hər birinə ayrı-ayrılıqda hədiyyələr və dəmir yumruq priz mükafatı təqdim olundu. Tədbirdə iştirak edən tanınmış rejissor və künoşünas, əməkdar incəsənət xadimi Ayaz Salayev, aktyor, əməkdar artist, Prezident mükafatçısı Nahidə Orucova, aktyor əməkdar artist, Prezident mükafatçısı Elşən Cəbrayılov, Türkiyə Uluslararsı İnternet Media və İletişim Yayıncılar Dərnəginin genel başkanı Serdar Akyol, Almaniyadan fəaliyyət göstərən “Prezident anzager” qəzetinin müxbiri Kəmalə Hüseynova və müxtəlif media nümayəndələri də öz növbələrində çıxışlar edərək priz və hədiyyələrlə mükafatlandılar.

Tədbirə qatılan incənət nümayəndələri müğənni, əməkdar artist Sevinc Sarıyeva, müğənni, əməkdar artist Ruhəngiz Musəvi,əməkdar artist, skripka ustası Səlim Abbasov, qiraət ustası, tanınmış aktyor Şirzad Pirallahı, müğənni Gülarə Əvəzxanqızı, müğənni Yaqut Qarabağlı, parodiya ustası Ramin İbrahimov və başqaları öz musiqi və çıxışları ilə media nümayəndələrini təbrik edərək, tədbirə xüsusi bir şən ovqat qatdılar.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki