image-2000x150px
image-123
image-ads_atlas
image-482433885497-72797-2400xbackend

Dəniz suyu həm müalicə edir, həm də… – Trixoloq

image-728x90px

Dəniz suyu dəri və saç üçün həm faydalı ola bilər, həm də zərərli.

 Bu barədə “Gazeta.ru”-ya müsahibəsində dermatoloq və trixoloq Natalya Şepleva danışıb.

“Sızanaq, sədəf, atom dermatiti olan dəriyə dəniz suyu iltihab əleyhinə təsir göstərir, saçları gücləndirir, seboreik dermatiti azaldır”, – həkim izah etdi.

Ancaq dəri qurudursa, dəniz suyu ona mənfi təsir göstərə bilər, xüsusən də üzdə yaralar və ya yanıqlar varsa. Şepleva həmçinin xəbərdarlıq edib ki, onkoloji xəstəlik, insult və infarktdan sonra birbaşa günəş şüasından yayınmaq lazımdır.

Mütəxəssisin sözlərinə görə, ürək-damar xəstəlikləri və varikoz damarları olan xəstələrə qızmar günəşin altında qalma müddətini azaltmaq tövsiyə olunur. Ancaq əks göstərişlər olmasa belə, çimərlikdə istirahət edərkən örtük-çətirlərdən istifadə etməli, dəriyə vaxtında günəşdən qoruyucu sürtməli və bir də, güclü istilərdə günəş vannası qəbul etmək olmaz.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki