image-2000x150px
image-123
image-ads_atlas
image-fb_img_1658736130244backend

Deputat Anar Məmmədov şəhid ailələri ilə görüşüb – FOTO

image-728x90px

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Anar Məmmədov növbəti dəfə Goranboy rayonu Düzqışlaq kəndində Vətən müharibəsi şəhidlərinin ailələri, qazilər və müharibə iştirakçıları ilə görüşüb.

Görüşdə rayon ağsaqqalları və ziyalıları, Goranboy Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, şəhid ailələri iştirak edib.

İlk öncə Düzqışlaq kəndində şəhidlərin adının əbədiləşdirilməsi məqsədilə xatirə lövhəsinə baxış keçirilib, şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib. Daha sonra Anar Məmmədov diqqətə çatdırıb ki, şəhidlərin xatirəsinə ehtiram, onların ailələrinə və qazilərə qayğı hamımızın vətəndaşlıq borcudur. Xalqımız heç zaman şəhidlərini unutmayacaq, onların ailələrini və qazilərimizi hər zaman uca tutacaq.

Görüşdə çıxış edən şəhid ailələri və qazilər göstərilən diqqət və qayğıya görə dövlət başçısı İlham Əliyevə və Birinci vitse–prezident Mehriban Əliyevaya razılıqlarını bildiriblər.

image-fb_img_1658736118404

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki