image-2000x150px
image-123
image-ads_atlas
image-received_366809691044665backend

Deputat Goranboy rayonunda seçicilərlə növbəti görüş keçirib

image-728x90px

Doğru.az xəbər verir ki,  Milli Məclisin deputatı Anar Məmmədov Novruz bayramı münasibətilə Goranboy rayonunda ağsaqqallarla birlikdə şəhid ailələrini və qaziləri ziyarət edib.

Ali Baş Komandan Prezident cənab İlham Əliyevin şəhid ailələrinə və qazilərimizə göstərdiyi diqqət və qayğısından danışan Anar Məmmədov bildirib ki, bundan sonra da dövlətimiz şəhidlərin adını uca tutacaq və onların ailə üzvləri hər zaman dövlətimizin qayğısı ilə əhatə olunacaqlar. Onun sözlərinə görə, şəhidlərimizin fədakarlığı xalqımızın qəlbində daim yaşayacaq, gələcək nəsillər üçün qəhrəmanlıq məktəbi olacaqdır. Şəhid adını uca tutmaq isə hamının vətəndaşlıq borcudur.

Bayram sovqatı alan ailələr də onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısına və Birinci Vitse – Prezident Mehriban xanım Əliyeveya dərin təşəkkürlərini bildiriblər.

Ziyarət zamanı 380 şəhid ailələrinin üzvlərinə, qazilərə və aztəminatlı ailələrə bayram sovqatları paylanılıb.

image-received_142452304365106 image-received_449245006395918 image-received_434748181150884 image-received_865256837365951 image-received_366809691044665 image-yenigundem_00ab368741247541322e4b364b422787_txo2ir9avkumhnsb1le0-620x460

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki