Aprelin 11–12-də ölkə ərazisində 83 cinayət faktı və əvvəlki dövrlərdən bağlı qalan 6 hadisənin açılması təmin olunub.
Doğru.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, axtarışda olan 57 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 31 nəfər, itkin düşmüş kimi qeydiyyatda olan 12 nəfər və dələduzluğa görə axtarışda olan 7 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Həmçinin 27 narkotik faktı aşkarlanıb, ümumilikdə 10,2 kiloqramdan çox narkotik vasitə götürülüb.
Bundan başqa, qanunsuz silah-sursatla bağlı 5 fakt müəyyən edilib. Aşkar olunanlar arasında 7 avtomat silah, 1 pulemyot, 1 tapança, 2 qumbara, patron daraqları və yüzlərlə güllə olub.
Ümumilikdə cinayət törətməkdə şübhəli bilinən 73 nəfər saxlanılıb.
DOĞRU.AZ

























