image-2000x150px
image-123
image-ads_atlas
image-6458a4c8bd5a16458a4c8bd5a216835309526458a4c8bd59c6458a4c8bd59fbackend

DİN-in İdarə rəisi QHT-lərə layihələrlə bağlı iradını bildirib

image-728x90px

Gəncədə sığınacaq tikilməsi üçün sahə ayrılıb.

APA xəbər verir ki, bunu bu gün Milli Məclisin İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında “İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı”nın müzakirəsi zamanı Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin rəisi Həzi Aslanov bildirib.

Həzi Aslanov deyib ki, son 3 ildə QHT-lərə insan alverinə qarşı mübarizə sahəsində ayrılan vəsaitin artırılmasına ehtiyac olduğu barədə fikirlərlə razıdır:

“Ancaq bir irad da var. Hər il həyata keçirilən layihələr demək olar ki, təkrarlanır. Təqdim olunan layihə tutarlı olmalıdır. Çünki təqdim edilən layihələrin maliyyə tutumu 6-7 min manat olur”.

Parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc insan alveri ilə bağlı məsələlərə daxili işlər nazirinin çox həssas yanaşdığını, belə şəxslərin əfvinə müsbət yanaşmadığını nəzərə çatdırıb. O, bu halı təqdir edib.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki