Britaniyalı diplomat Yan Proud Vladimir Zelenskinin G7 sammitinə niyə getməsi ilə maraqlanıb.
O, X sosial media hesabında “Dünyanın 55-ci ən böyük iqtisadiyyatına malik və dünyanın ən korrupsiyalaşmış ölkələrindən biri olan ölkənin lideri Zelenskinin niyə G7 sammitinə getdiyini mənə xatırlatmağa ehtiyac varmı? Həqiqətən çaşdırıcıdır”, – o yazıb.
Mart ayında Kanadanın baş naziri Mark Karni Zelenskini G7 sammitinə dəvət etmişdi.
Bloomberg, G7-nin dünyadakı təsirini itirməsi səbəbindən günlərinin sayılı olduğunu bildirdi.
Nikkei, G7 sammitinin ABŞ prezidenti Donald Trampla fikir ayrılığı səbəbindən yekun bəyanat olmadan keçirilə biləcəyini bildirib.
DOĞRU.AZ