image-2000x150px
image-123
image-ads_atlas
image-bez-nazvaniya-1backend

“Dostluğun sehri” V Beynəlxalq onlayn uşaq rəsm müsabiqəsinin yekunu barədə

image-728x90px

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi və “3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi” Publik Hüquqi Şəxsin təşkilatçılığı ilə 19 aprel 2023-cü il tarixində “Nağıllar” mövzusunda “Dostluğun sehri” adlı V Beynəlxalq onlayn Uşaq Rəsm Müsabiqəsinin yekun tədbiri keçirildi.

Müsabiqəyə Azərbaycan Respublikası ilə yanaşı, dünyanın 6 ölkəsindən – Türkiyə Respublikası, Çin Xalq Respublikası, Misir Ərəb Respublikası, Birləşmiş Ərəb Əmirlikləri, Türkmənistan və Belarus Respublikasının 108 məktəb,  müəssisə və təşkilatlarından 1459 rəsm işi təqdim olunmuşdur. 6-17 yaşlı uşaqlar çəkdikləri bir-birindən maraqlı, rəngarəng rəsmlərdə  nağıl mövzusunu əks etdirmişdilər.

Müsabiqə 2 mərhələdə – seçim turu və qaliblərin müəyyənləşdirilməsi üzrə keçirilmişdir. Peşəkar rəssam və mütəxəssislərdən təşkil olunan münsiflər heyəti tərəfindən 150 rəsm işləri seçilmiş, bunlardan 29 iş  I, 28 iş  II, 28 iş  III yerlərə, digər 65 iştirakçı isə fəal iştiraklarına ğörə diplomlara layiq görülmüşdür.

Yekun tədbirdə müsabiqəyə qatılan uşaqların qalib rəsm işlərinin sərgisi və təltifetmə mərasimi keçirildi.

Tədbirdə Azərbaycan Respublikasında fəaliyyət göstərən Misir Ərəb Respublikasının Azərbaycandakı səfiri cənab Hişam Naqi, Çin Xalq Respublikasının Azərbaycandakı səfirinin müşaviri cənab Din Tao, Türkmənistanın Azərbaycandakı səfirinin mwavini cənab Sultan Akulov və Belarus Respublikasının Azərbaycandakı Səfirliyinin I katibi, konsul Arxipov Aleksandr İvanoviç, Elm və Təhsil Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı və s. nümayəndələr  iştirak etdi və qalib uşaqların  mükafatları təqdim olundu. Təltifetmə mərasimində mərkəzin bədii kollektivlərinin çıxışları da yer aldı.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki