image-2000x150px
image-123
image-ads_atlas
Dövlət Statistika Komitəsi bahalaşama ilə bağlı məlumat yayıb FOTObackend

Dövlət Statistika Komitəsi bahalaşama ilə bağlı məlumat yayıb FOTO

image-728x90px

Doğru.az xəbər verir ki, Dövlət Statistika Komitəsi 2021-ci ilin yanvar ayına olan stehlak qiymətlərinin indeksi ilə bağlı açıqlama verib.Belə ki, 2021-ci ilin yanvar ayında 2020-ci ilin yanvar ayına nisbətən istehlak qiymətləri indeksi 103,3 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 104,6 faiz, qeyri-ərzaq məhsulları üzrə 103,5 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 101,3 faiz təşkil edib. 2021-ci ilin yanvar ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,2 faiz təşkil etmişdi. 2021-ci ilin yanvar ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,2 faiz təşkil edibdir.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, cari ilin yanvar ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma unun, yumru düyünün, manna və qarabaşaq yarmasının, makaron məmulatlarının, kolbasa məmulatlarının, təzə balığın, südün, qatılaşdırılmış şəkərli südün, yoqurtun, xamanın, pendirin, yumurtanın, kərə, zeytun, günəbaxan və qarğıdalı yağlarının, naringinin, almanın, armudun, heyvanın, narın, xurmanın, fındığın, kələmin, xiyarın, bibərin, badımcanın, balqabağın, çuğundurun, yerkökünün, kartofun, soğanın, sarımsağın, şəkər və şəkər tozunun, meyvə şirəsinin, pivənin, ucuzlaşma isə əsasən mal və qoyun ətinin, dondurulmuş balığın, bananın, portağalın, kivinin, qozun, şabalıdın, pomidorun qiymətlərində müşahidə olunmuşdur. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyibdir.

Xatırladaq ki, 2021-ci ilin yanvar ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 102,5 faiz təşkil etmişdir. Cari ilin yanvar ayında əvvəlki ayla müqayisədə qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksinin artması Aİ-92 markalı avtomobil benzininin və dizel yanacağının pərakəndə satış qiymətlərinin artırılması, habelə pambıq parçaların, yağlı və sulu boyaların, divar kağızlarının, kəsilmiş taxtanın, kərpicin, sementin, soyuducuların, paltaryuyan maşınların, kondisionerlərin, tozsoranların, televizorların, noutbukların və zərgərlik məmulatlarının qiymətlərində bahalaşmanın müşahidə olunması ilə bağlı olmuşdur. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyibdir.

Qeyd edək ki, 2021-ci ilin yanvar ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,0 faiz təşkil edibdir.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki