image-n1karobka_ads
image-123
image-b0865e6f-9964-4be2-8e6f-360bfa01f0b5backend

Dövlət Turizm Agentliyinin əməkdaşları Ağdamda ekoloji aksiyada iştirak ediblər

image-ad_qayo_720x110px

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə aprelin 11-də Dövlət Turizm Agentliyinin rəhbərliyi və əməkdaşları Ağdam rayonunda ağacəkmə aksiyasında iştirak ediblər.

Ağacəkmə aksiyası Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) təşkilatçılığı ilə baş tutub.
Aksiya mina və partlayıcı sursatlardan təmizlənmiş Ağdam Sənaye Parkının yaxınlığındakı ərazidə həyata keçirilib.

Həmçinin Qarabağ və Şərqi Zəngəzur ərazisində biomüxtəlifliyin qorunması, su hövzələrinin zənginləşdirilməsi, balıq populyasiyasının artırılması məqsədilə Xaçınçay su anbarına 40 min ədəd çəkikimi balıq körpəsi buraxılıb.

DOĞRU.AZ

image-1a3cf5a8-c9ab-4b7e-8a5f-5d91aa29dca8 image-4b28c5cc-ad8b-4ad1-88b9-6efb58c588b2 image-4d76340d-fac8-42d6-ac3f-ef767ea3f39f image-05dd13cd-bd1a-4766-9755-b58106bc02d0 image-5d299d1a-ee11-464d-9299-6659776ddaa8 image-1734299f-50ec-4e78-89c4-ed632004e371 image-76826412-026e-4c00-abe7-2a578636820c image-b8aca262-83fd-48e6-b6f2-c273b08348d1  image-b1329b19-ec1f-4231-ba9f-cabee284a06f image-c57d4ce7-88ad-40d4-89d7-c4a1adfd5928

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki