Türk dünyasında ədəbi-mədəni və ictimai əlaqələrin qurulması və inkişafı istiqamətindəki səmərəli fəaliyyətlərinə görə tanınmış ictimai xadim, “Sağlamlığın Qorunması” İctimai Birliyinin sədri, fəal ziyalı Dr. Yazgül Abdıyeva nüfuzlu beynəlxalq mükafata layiq görülüb.
O, Dünya Türklərinin Koordinasiya Mərkəzinin rəhbəri, “İntellektual Hüquq Mərkəzi”nin direktoru, AYB üzvü, Prezident təqaüdçüsü İlqar Türkoğlunun təqdimatı ilə, Türk Dünyası və türk xalqları arasında ədəbi-mədəni əlaqələrin qurulmasında göstərdiyi xidmətlərə görə Çukurova Ədəbiyyatçılar Dərnəyi tərəfindən Atatürk medalı və birliyin rəsmi medal vəsiqəsi ilə təltif olunub.
Bu mükafat Türk Dünyası üçün çalışan ziyalıların əməyinə verilən yüksək qiymətin göstəricisidir.
Dr. Yazgül Abdıyeva təltiflə bağlı fikirlərini və təşəkkürünü şəxsi Facebook səhifəsində paylaşaraq bildirib:
“Bu dəyərli təqdimata və təltifə görə hörmətli İlqar Türkoğluna, həmçinin Çukurova Ədəbiyyatçılar Dərnəyi rəhbərliyinə dərin təşəkkürümü bildirirəm. Türk Dünyası və türk xalqları arasında ədəbi-mədəni əlaqələrin qurulması və möhkəmləndirilməsi hər zaman böyük əhəmiyyət daşıyır və bu yolda xidmət etmək mənim üçün qürurvericidir”.
Türk Dünyası ilə mədəni körpülər
Dr. Yazgül Abdıyeva uzun illərdir ki, sağlamlıq, maarifçilik və ictimai birlik sahəsində fəal fəaliyyət göstərir. Rəhbərlik etdiyi “Sağlamlığın Qorunması” İctimai Birliyi vasitəsilə cəmiyyətin rifahına yönəlik mühüm layihələrə öncülük edib. Eyni zamanda, türk xalqları arasında dostluq və əməkdaşlıq bağlarının güclənməsinə öz töhfəsini verib.
Bu təltif həm də Azərbaycan ziyalılarının və qadın liderlərinin Türk Dünyasında qazandığı nüfuzun və etimadın bariz göstəricisidir.
DOĞRU.AZ