Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılan Balakən Rayon İcra Hakimiyyətinin sabiq başçısı İslam Rzayev barəsində seçilmiş həbs qətimkan tədbiri 3 ay müddətinə uzadılıb.
Report.az xəbər verir ki, bu barədə Səbail Rayon Məhkəməsində qərar qəbul olunub.
Qeyd edək ki, 2025-ci ilin oktyabr ayında Balakən Rayon İcra Hakimiyyətində DTX-nin keçirdiyi əməliyyat nəticəsində sabiq icra başçısı İ.Rzayev saxlanılıb.
DOĞRU.AZ


























