image-n1karobka_ads
image-123
image-17667335474585331430_1200x630backend

Eduard Məmmədov: “Tərəqqi” medalı mənim üçün həm qiymət, həm də stimuldur

image-ad_qayo_720x110px

Prezident İlham Əliyevin Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunan Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidenti, dünya və Avropa çempionu Eduard Məmmədov bu mükafatı böyük məsuliyyət kimi dəyərləndirib.

Doğru.az xəbər verir ki, o, bu barədə AZƏRTAC-a açıqlamasında bildirib.

E.Məmmədov qeyd edib ki, dövlət tərəfindən göstərilən diqqət idmançıları daha çox çalışmağa sövq edir: “Bu mükafat təkcə mənim şəxsi fəaliyyətimə verilən qiymət deyil, eyni zamanda böyük stimuldur. Bu, ümumilikdə Azərbaycan Kikboksinq Federasiyasının uğurudur. İdmançılarımızın nüfuzlu beynəlxalq turnirlərdə qazandığı nailiyyətlər göz qabağındadır. Uzun illərdir həm idmançı, həm də federasiyada vitse-prezident kimi fəaliyyət göstərirəm və əldə etdiyimiz nəticələr sistemli işin, birliyin məhsuludur”.

Kikboksçu 2025-ci ilin onun üçün uğurlu keçdiyini də vurğulayıb. O bildirib ki, ötən ay Əbu-Dabidə keçirilən WAKO versiyası üzrə dünya çempionatında həm “Light Contact”, həm də “Kick Light” kateqoriyalarında qızıl medal qazanıb: “Bu, WAKO üzrə artıq 10-cu, ümumilikdə isə bütün versiyalar üzrə 30-cu dünya çempionluğumdur”.

Gənclərlə işə xüsusi önəm verdiyini bildirən E.Məmmədov əlavə edib ki, əsas məqsədləri gənc nəsli pis vərdişlərdən uzaq tutmaq, onları sağlam və vətənpərvər ruhda böyütməkdir: “İdman bizim üçün təkcə peşə deyil, həm də missiyadır. Bu medala layiq görülmək mənim üçün böyük şərəfdir və bundan sonra da Vətənimə ləyaqətlə xidmət etməyə çalışacağam”.

O, daha əvvəl “Vətən uğrunda” ordeni və digər mükafatlarla da təltif olunduğunu xatırladaraq, bütün idmançılar adından ölkə rəhbərliyinə təşəkkürünü bildirib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki