image-n1karobka_ads
image-123
image-1751046261550backend

Əflatun Məmmədov TƏLTİF OLUNDU – FOTO

Əflatun Məmmədov, fezbuk hesabında paylaşım edib: 

Doğru.az həmin paylaşımı təqdim edir:

Dövlət qulluğunda fəaliyyətimə verilən yüksək qiymət – Fəxri Fərmanla təltif olunmağım – mənim üçün həm böyük bir qürur, həm də məsuliyyətdir.

Bu etimada görə başda Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyev olmaqla, bütün dəstək verənlərə səmimi təşəkkürümü bildirirəm.

Xüsusi minnətdarlığımı isə mənə hər zaman dayaq olan, dəstəyini əsirgəməyən Lerik Rayon İcra Hakimiyyətinin başçısı cənab Əkbər Abbasova və ailəmə çatdırmaq istəyirəm.

Bu təltif bir son deyil – yeni bir başlanğıcdır. Daha böyük ruh yüksəkliyi ilə, daha məsuliyyətli şəkildə Vətənə xidmət yolunda irəliləməyə davam edəcəyəm. Çünki dövlətə və xalqımıza xidmət şərəfli və müqəddəs borcumuzdur!

DOĞRU.AZ

 

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki