Əfqanıstanda baş verən güclü zəlzələ nəticəsində 500-ə yaxın insan həlak olub, ən azı 1000 nəfər yaralanıb.
Doğru.az xəbər verir ki, Sky News RTA telekanalına istinadən bildirir ki, xilasedicilər dağlıq vilayətin bir neçə rayonunda əməliyyatlara davam edir.
Yerli rəsmilər deyir ki, yüzlərlə qurban xəstəxanaya çatdırılıb və bu rəqəmin daha da artacağı ehtimal olunur.
Qeyd edək ki, əvvəlki məlumatlara görə, NBC News zəlzələ nəticəsində azı 250 nəfərin öldüyünü xəbər vermişdi.
DOĞRU.AZ