Ekvador hakimiyyəti iğtişaşlar səbəbindən ölkənin bütün həbsxanalarında fövqəladə vəziyyət rejimi tətbiq edib.
Bu barədə TASS dövlət başçısının administrasiyasının mətbuat xidmətinə istinadən xəbər verir.
“Respublikanın prezidenti Gilyermo Lasso bütün həbs yerlərində ciddi daxili iğtişaşlarla əlaqədar fövqəladə vəziyyət elan edib”, – deyə məlumatda bildirilir.
İyulun 23-dən Ekvador həbsxanalarında məhbusların kütləvi nümayişləri keçirilir ki, bu da iğtişaşlara çevrilir. Məsələn, Quayakil şəhərindəki penitensiar mərkəzdə mühafizəçilərlə toqquşma zamanı 6 nəfər həlak olub.
Fövqəladə vəziyyətin tətbiqi haqqında fərman ölkə hakimiyyətinə iğtişaşları yatırmaq üçün başqa şeylərlə yanaşı, ordudan da istifadə etməyə imkan verir. Həbsxanaların təhlükəsizliyi ilə bağlı problemlər 2022-ci ildə Ekvadorda başlayıb və o vaxtdan ölkədə vəziyyətin kəskin pisləşməsinə səbəb olub.
Mənbə: TASS

























