image-ads_n1karobka_mobile
image-2023-08-10t002000z_1813123131_rc2hk2au7ce4_rtrmadp_3_ecuador-election-villavicencio-pic_32ratio_1200x800-1200x800-98561backend

Ekvadorda prezidentliyə namizədi öldürməkdə ittiham olunan şəxslər həbs edilib

Ekvadorda məhkəmə prezidentliyə namizəd Fernando Villavisensionun qətlində şübhəli bilinən 6 nəfəri istintaqı tamamlamadan həbs edib.

Reuters xəbər verir ki, bu barədə Ekvadorun baş prokuroru X sosial şəbəkəsində məlumat verib.

“Ekvador prokurorluğunun təqdim etdiyi sübutlara əsasən, məhkəmə qətldə təqsirləndirilən 6 nəfərin müvəqqəti həbsinə qərar verib”, – məlumatda deyilir.

İdarədən bildirilib ki, prokurorluq araşdırması 30 gün davam edəcək.

Mənbə: Reuters


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki