image-ads_n1karobka_mobile
image-6943b04cae5ac92eaa33159bbackend

Ekvadorlu “Barselona” futbolçusu hücum nəticəsində həlak olub

image-add-a-heading

Ekvadorun “Barselona” futbol klubunun müdafiəçisi Mario Pineyda 34 yaşında dünyasını dəyişib. Klubun mətbuat xidməti sosial şəbəkələrdə yaydığı məlumatda futbolçunun hücuma məruz qaldıqdan sonra vəfat etdiyini bildirib.

Doğru.az xəbər verir ki, yerli medianın məlumatına görə, hadisə zamanı Pineydanın həyat yoldaşı da onunla birlikdə ölüb. Futbolçunun anası isə yaralanıb. O, polisə verdiyi ifadədə bir neçə dəfə təhdid aldığını qeyd edib.

Mario Pineyda 2016-cı ildən “Barselona”nın şərəfini qoruyurdu. O, klubla iki dəfə Ekvador çempionu olub, həmçinin Ekvador Kubokunu qazanıb.

Qeyd edək ki, daha əvvəl ABŞ-da 19 yaşlı kollec futbolçusu da ölü tapılmışdı.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki