Müğənni Əlikram Bayramov xanım ifaçılara qarşı cəmiyyətdə formalaşan mənfi yanaşmanı tənqid edib.
Doğru.az xəbər verir ki, sənətçi bu fikirləri “Rəngarəng” verilişində səsləndirib. O, bir çox həmkarlarının “Oğluma müğənni qız almaram” yanaşmasını doğru saymadığını bildirib:
“Bəziləri deyir ki, övladına xanım müğənni almaz. Mən isə deyirəm ki, alaram. Nə olub bizim xanım müğənnilərə? Onlar da halal zəhmətlə pul qazanırlar. Gecə səhərə kimi səfərlərdə, konsertlərdə olurlar. Bu da əziyyətli bir sənətdir. Niyə belə ayrıseçkilik edək?”
Əlikram Bayramov bildirib ki, oğlunun müğənni xanımla ailə qurmasına tam razıdır və bu sənətə dəyər verilməli olduğunu düşünür.
DOĞRU.AZ