image-2000x150px
image-123
image-ads_atlas
image-skynews-musk-elon-twitter_5949427backend

Elon Musk dünyanın xəritəsini izah edib

image-728x90px

Biznesmen İlon Mask Twitter-də vahid dünya – super qitə Pangea haqqında mem yerləşdirməklə müxtəlif qitələrdəki ölkələr arasında fikir ayrılıqları ilə bağlı vəziyyəti ələ salıb.

Yazı silinməzdən əvvəl Maskın Twitter hesabında bir neçə saat mövcud olub. Tvit Google-un yaddaşında qalır.

SpaceX və Tesla şirkətlərinin rəhbəri alimlərin Paleozoyun sonu və mezozoyun əvvəllərində mövcud olduğuna inandıqları super qitə olan Pangeanın xəritəsini dərc edib.

Milyarder “Bütün dünyanın bir olduğu köhnə yaxşı günlər” şərhi ilə mem yerləşdirib. Şəklin özündə “Pangea üçün darıxırsınızsa, bəyənin” yazısı var idi.

Martın sonunda İlon Maskın hesabı Twitter sosial şəbəkəsində ən çox oxunan hesab oldu. İş adamı abunəçilərinin sayına görə ABŞ-ın keçmiş prezidenti Barak Obamanı ötüb.

Mənbə: Sabah

Doğru.az

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki