Amerikalı iş adamı İlon Mask valideynləri uşaqların psixi sağlamlığı naminə Netflix-i boykot etməyə çağırıb.
Doğru.az xəbər verir ki, Mask sosial şəbəkə hesabında “Uşaqlarınızın sağlamlığı üçün Netflix-i ləğv edin” yazıb. O, daha əvvəl də uşaqlar arasında transgenderizmin təbliğinə mənfi münasibətini ifadə etmişdi.
Qeyd edək ki, fevral ayında CBS ABŞ ordusunun transgender əsgərləri xidmətdən tərxis etməyə başladığını açıqlamışdı.
DOĞRU.AZ