image-2000x150px
image-123
image-ads_atlas
image-1645792944_274415689_257761939857234_7331206903495542032_nbackend

Elşən Gəncəvi “CELEBRITY AWARDS 2022” mükafatına layiq görülüb – FOTOLAR

image-728x90px

İctimai Xadim, İş Adamı, “Ganjavi Holding”-in prezidenti Elşən Gəncəvi “CELEBRITY AWARDS 2022” Mükafatına layiq görülüb.

İslahat.az xəbər verir ki, “Caspian Events Group” tərəfindən təşkil edilmiş “CELEBRITY AWARDS 2022” təqdimetmə mərasimində Azərbaycanınmüxtəlif sahələrində fəaliyyət göstərən peşəkar şəxslər və şirkətlər mükafatlandırılıb. Elşən Gəncəvi ictimai xadim olaraq mükafatçılar sırasında olub.

Təqdimetmə mərasimində “Ganjavi Holding” Azərbaycanda iqtisadi və ictimai sahələrdə biznes təşəbbüslərinin inkişafı istiqaməti üzrə mükafatlandırılıb.

Elşən Gəncəvi – Nəcəfov Elşən Hökumət oğlu iqtisadçı, ictimai xadim və iş adamı olaraq fəaliyyət göstərir.

Elşən Gəncəvi “Ganjavi Holding”in prezidenti, “PUBLIC AZERBAIJAN” Konsepsiyasının rəhbəri, “ŞƏFQƏT” Kimsəsiz və Əlil Uşaqlara Yardım İctimai Birliyi – İctimai və Sosial Şuranın rəhbəri, “NAJAFSOY GROUP” şirkətinin rəhbəri, “Pi Education” və “King Construction” şirkətlərinin müşahidə şurasının sədri, “Oxu-magiya” kitabının müəllifi, “Ganjavi Media” informasiya şəbəkəsinin rəhbəri, “Siyasi.az” xəbər portalının baş redaktoru, “İslahat.az” xəbər portalının, “Cari.az” və “İctimai.az” informasiya portalının yazarıdır.

“PUBLIC” və “GƏNCƏVİ” jurnallarının təsisçisi və baş redaktorudur. İctimai, sosial və iqtisadi layihələrin müəllifidir. Müxtəlif media qurumlarında iqtisadi, ictimai və sosial mövzularda müəllif yazıları ilə çıxış edir.

Azərbaycan Dövlət İqtisad Universitetinin “Beynəlxalq İqtisadi Münasibətlər” fakültəsində bakalavr, Rumıniya – Timişoara Qərb Universitetinin “Siyasi Elmlər” fakültəsində magistr təhsilini alıb.

Elşən Gəncəvi – Nəcəfov Elşən Hökumət oğlu 9 fevral 2020-ci il tarixində keçirilən 6-cı çağırış Milli Məclisə seçkilərdə 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsində namizəd olub.

Elşən Gəncəvi – Nəcəfov Elşən Hökumət oğlu 1 noyabr 2015-ci il tarixində keçirilən 5-ci çağırış Milli Məclisə seçkilərdə 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsində namizəd olub.

Elşən Gəncəvi müxtəlif dövrlərdə bir çox yerli, beynəlxalq sertifikat və fəxri diplomlarla təltif olunub. İctimai xadim və iş adamı olaraq müxtəlif mükafatlara layiq görülüb.

İslahat.az

image-1645792899_274492516_665620604765202_8121606580329524033_n image-1645792925_274296941_1006092280320559_4077753466125837541_n image-1645792859_274227457_1014697589393226_6586129418306380384_n image-1645792944_274415689_257761939857234_7331206903495542032_n

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki