image-n1karobka_ads
image-123
image-882366fd-2c8b-3d17-975b-1ed9a3a125bf_850backend

Əməkdar rəssam Rəis Rəsulovun son durumu açıqlanıb

Əməkdar rəssam Rəis Rəsulov (Rais Rəsulzadə) sentyabrın 21-də beyindaxili qansızma diaqnozu ilə TƏBİB-in tabeliyində olan Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

KTM-dən “Report”a verilən məlumata görə, Rais Rəsulzadə lazımı müayinələrdən keçirilib, müalicələri aparılıb.

Hazırda onun vəziyyəti stabildir, ambulator müalicə üçün evə buraxılması nəzərdə tutulub.

Qeyd edək ki, R.Rəsulov Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin nəvəsidir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki