image-2000x150px
image-1087202_0backend

Ən açıqsözlü bürclər – Çoxdanışan əkizlər…

image-728x90px

Ətrafımızdakı və ya həyatımızda olan bəzi insanlar olduqca açıq danışırlar. Bu bürclər də həmişə və hər yerdə deməyə sözləri olur. Ürəyində olanı ifadə edən bu bürclər tez-tez tənqid olunur, lakin bu vərdişi sevənlər də az deyil. Onlar düşündüklərini dərhal deyir və heç vaxt gizlətmirlər. Bu bürclərin sözləri qarşı tərəfi incitsə də, heç vaxt geri çəkilmir. Bu bürclər ümumiyyətlə məkrli işlərin arxasınca getmirlər və düşündükləri ağızlarından çıxır.

Qoç

Qoç bürcləri ümumiyyətlə açıqsözülülükləri ilə tanınırlar. Hisslərini, düşüncələrini gizlətmək iqtidarında olmayan qoçlar düşündüklərini dərhal deyirlər. Qarşı tərəfə zərər verəcəyini bilsələr də, hisslərini və düşüncələrini heç vaxt gizlədə bilməzlər. Onlar aydın şəxsiyyətə sahibdirlər. Bu vərdişlərinə görə ya sevilirlər, ya da nifrət edirlər. Onların başına nə gəlibsə, həmişə bu səmimiyyətdən gəlib. Qarşı tərəfin kim olmasından asılı olmayaraq qoç heç vaxt arxanızca danışmaz, fikirlərini üzə deyər.

Dolça

Dolça bürcü hansı mövzuda olursa olsun həmişə səmimi olmağın tərəfindədir. Qarşı tərəfin bu barədə nə düşündüyünə belə əhəmiyyət vermir və həmişə səmimi davranırlar. Bəzən ətrafdakı insanlar tərəfindən tənqid olunsalar da, heç vaxt vərdişlərini dəyişmirlər. Dolça bürcləri, ümumiyyətlə, üzü-astarı eyni olan insanlardır.

Oxatan

Oxatan bürcləri bəzən səmimi olmaq üçün mübaliğə etsələr də, həm də içə qapanıqdırlar. Onlar heç vaxt sonda nə olacağını düşünmürlər və hər şeyi birbaşa deyirlər. Davranışlarına görə, ümumiyyətlə, bəyənilsələr də, bəzi insanlar bu vəziyyətə mənfi reaksiya verə bilər. Bu səmimiyyət qarşı tərəfi incidərsə, sonda oxatanı problemə sala bilər.

Əkizlər

Ən çox danışan bürclər siyahısında ilk pillədə qərarlaşan əkizlərin bütün söhbətlərində yersiz məqamlara rast gəlmək olar. Əkizlərin əksər hallarda ağzından çıxanı qulağı eşitmir. Onlar istəyərək və ya istəmədən deyilməməli olan sözlər işlədirlər. Xüsusən də mübahisə edərkən əkizlər nə danışdıqlarının fərqində belə olmur.

image-728x90px

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki