image-n1karobka_ads
image-123
image-6856401002e8bd65337517ddbackend

Əraqçi ABŞ-ın İrana zərbə endirməsində iştirak edəcəyi təqdirdə Tehranın cavabı barədə xəbərdarlıq edib

İranın xarici işlər naziri Abbas Əraqçi NBC News telekanalına müsahibəsində ABŞ İrana zərbə endirmək qərarına gələrsə, Tehran cavab verəcək.

O qeyd edib ki, müharibə zamanı hər iki tərəf bir-birinə hücum edir.

“Özünümüdafiə hər bir ölkənin qanuni hüququdur”, – deyə Əraqçi ABŞ prezidenti Donald Trampın İrana hücum etmək qərarına gələrsə, mümkün cavab zərbələri barədə suala cavab verib.

İranın xarici işlər naziri əlavə edib ki, ABŞ İsrailə qarşı hücumlara qoşularsa, Tehran da “eynini edəcək”.

Bundan əvvəl CBS telekanalı məlumat vermişdi ki, Tramp ABŞ-ın İsrailin İranın nüvə obyektlərinə zərbələrində iştirak imkanını nəzərdən keçirir .

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki