Ukrayna üzrə dövlət başçıları səviyyəsində mümkün danışıqların vaxtı barədə məlumat yoxdur.
Bu barədə RİA Novosti-yə Türkiyə prezident administrasiyasının nümayəndələri məlumat verib.
“Hər şey danışıqların gedişindən və nəticələrindən asılı olacaq”, – agentliyin mənbələri əlavə edib.
İstanbuldakı danışıqlarda Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski bəyan edib ki, Ukraynanın memoranduma reaksiya iyunun 2-də olacaq.
Medinski həmçinin RT-yə bildirib ki, Rusiya daha əvvəl Ukraynadan sülh yolu ilə nizamlanma haqqında memorandumun variantını alıb.
DOĞRU.AZ