image-ads_n1karobka_mobile
Ərdoğan Azərbaycanla bağlı daha iki sazişi təsdiqlədibackend

Ərdoğan Azərbaycanla bağlı daha iki sazişi təsdiqlədi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan Hökuməti ilə Türkiyə Hökuməti arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında Saziş”i və “Azərbaycan Hökuməti ilə Türkiyə Hökuməti arasında enerji və mədənçilik sahələrinə əmakdaşlıq haqqında Saziş”i təsdiqləyib.

Doğru.az xəbər verir ki, bu barədə Türkiyənin “Resmi Gazete”sində məlumat verilib.
Hər iki qanun imzalandığı gündən qüvvəyə minir.
Qeyd edək ki, “Azərbaycan Hökuməti ilə Türkiyə Hökuməti arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında Saziş” 2017-ci ilin 31 oktyabrda, Azərbaycan Hökuməti ilə Türkiyə Hökuməti arasında enerji və mədənçilik sahələrinə əmakdaşlıq haqqında Saziş” 2020-ci ilin 25 fevralında Bakıda imzalanıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki