image-2000x150px
image-123
image-ads_atlas
image-432737backend

Ərdoğan Türkiyənin turizm hədəflərini açıqlayıb

image-728x90px

Türkiyə 2024-cü ilin sonuna kimi turizm sənayesindən 60 milyon turist qəbul edərək 60 milyard dollar gəlir əldə etməyi planlaşdırır.

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Antalyada Ədalət və İnkişaf Partiyasından yerli bələdiyyə seçkilərinə namizədlərin təqdimatı mərasimində bildirib.

“Turizm hədəfimiz 2024-cü ildə ölkəmizə 60 milyon ziyarətçi qəbul etmək və 60 milyard dollar gəlir əldə etməkdir”, – o bəyan edib.

Rəsmi məlumatlara görə, 2023-cü ildə Türkiyəyə 56,7 milyon turist səfər edib ki, bu da bir il əvvəlkindən 12% çoxdur. Ötən il turizm gəlirləri 2022-ci illə müqayisədə 16,9% artaraq 54,3 milyard dollar təşkil edib.

Mənbə: TRT

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki