image-n1karobka_ads
image-123
image-68b6e395ae5ac93ff232b862backend

Ərdoğan: “Ukrayna münaqişəsinin həllində vasitəçilikdən əl çəkməyəcəyik”

image-ad_qayo_720x110px

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna münaqişəsinin həllində vasitəçilikdən imtina etmək niyyətində olmadığını bildirib. O, Ukraynadakı vəziyyətlə bağlı Rusiya prezidenti Vladimir Putin, Ukrayna lideri Vladimir Zelenski və Avropa dövlətlərinin rəhbərləri ilə müntəzəm əlaqə saxladığını qeyd edib.

Doğru.az xəbər verir ki, Ərdoğanın sözlərinə görə, aparılan danışıqlar münaqişənin həll prosesini sürətləndirir:
“Əslində, bu, ən düzgün yanaşmadır. Biz bundan imtina etmək fikrində deyilik. Biz bu prosesi davam etdirmək üçün addımlar atırıq və atacağıq”, – deyə o bildirib.

Ərdoğan həmçinin vurğulayıb ki, Putinlə Ukraynadakı münaqişəyə son qoymaq üçün atıla biləcək addımları müzakirə edib. Daha əvvəl isə Ukrayna prezidenti Vladimir Zelenski ilə telefon danışığında Rusiya ilə dialoqun davam etdirilməsinin vacibliyini qeyd etmişdi.

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin də Türkiyənin Ukrayna münaqişəsinin həllində xüsusi rol oynamağa davam edəcəyinə əminliyini ifadə edib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki