image-2000x150px
image-123
image-ads_atlas
image-1697122606_ferirrbackend

Ermənistan yeni fitnə-fəsad axtarışında: Bu, ona baha başa gələcək

image-728x90px

Xəyanət və güclülərə sözsüz itaət tarix boyu ermənilərin tək yaşama səbəbi olub. İndiyə qədər nə qədər “AĞA” dəyişib bu xalq, bilinmir. Yeni “AĞA” taparkən də “köhnə”sinə xəyanət ediblər – Bizans, Osmanlı, İran və nəhayət, vaxtilə erməniləri Azərbaycan torpaqlarında yerləşdirib, onlara “Ermənistan” adlı dövlət quran Rusiya…

Bəli, bu gün ermənilər nə qədər qəribə də olsa, üç yüzildən bəri onlara hamilik edən Rusiyadan qurtulmağa can atırlar. Nikol Paşinyanın tez-tez 44 günlük müharibədə Ermənistanın məğlubiyyətinin səbəbkarı kimi Rusiyanı ittiham etməsi, Ermənistan parlamentin spikeri Alen Simonyanın Rusiya hərbçilərinin Ermənistan sərhədindən və “Zvartnos” hava limanından çıxırılması ilə bağlı bəyanatı və s. “ağa-qul” münasibətlərində “sərin yellər əsdiyinin” sübutudur. Moskvanın bütün xəbərdarlıqlarına rəğmən Ermənistan sürətlə Rusiyadan uzaqlaşmağa, Fransanın timsalında Qərbə sığınmağa çalışır. İrəvan məhz onun “fətva”sı ilə Azərbaycana qarşı yeni müharibə hazırlıqlarına başlayıb. Hazırlıqlar həm informaya müstəvisində, həm də praktiki olaraq aparılır. Yerevandan səslənən ziddiyyətli bəyanatlar bu müharibə üçün informasiya fonu yaradır. Qərb dairələrində və mediasında da Azərbaycan “Ermənistana təhdid” kimi qələmə verilir və ölkəmiz haqqında mənfi rəy formalaşdırılır. Nikol Paşinyanın Parisə son səfəri zamanı Makron onu Fransa Erməni Təşkilatlarının Koordinasiya Şurasının həmsədri Murad Papazyanla bir araya gətirib. Fransa Ermənistanın baş nazirini daşnaklar və revanşist qüvvələrlə “barışdırmağa” çalışır.

Ermənistan həm də sürətlə silahlanma kursu götürüb. Fransa ona bu ölkədə və Hindistanda fransız lisenziyası ilə istehsal olunan silahlar verir, fransız hərbçiləri isə Ermənistan piyada və dağatıcı bölmələrinə təlimlər keçir. Fransa müdafiə nazirinin ötən həftə Ermənistana baş tutan səfəri, Paşinyanın “bu təşkilat bizi müdafiə etmədi” deyərək KTMT-da fəaliyyətinin dondurulduğunu bəyan etməsi də təsadüfi deyil.

“Aİ-nin sülh missiyası” adı ilə Azərbaycanla sərhəddə yerləşdirilən “diplomatlar” əslində Azərbaycan, onun ordusu, döyüş mövqeləri haqda kəşfiyyat məlumatları toplamaqla məşğuldurlar. Son günlər şərti sərhəddin bir neçə istiqamətində (Zəngilan, Kəlbəcər, Naxçıvan) Azərbaycan ordusunun mövqelərinin atəşə tutulması, hərbçimizin yaralanması və s. vəziyyətin gərginləşdirilməsinə yönəli təxribatların yalnız bir qismidir.

Bəli, dövlətçilik ənənəsi olamayan bir dövlət həmişə başqa dövlətlərin əlində oyuncaq olur. Bu dövlətlər özünün deyil, həmişə başqa dövlətlərin iradəsini, siyasətini və istəklərini icra edirlər. Hələ-hələ onların başında siyasətdən anlayışı olmayan rəhbərlər olanda. Ermənistan da həmin dövlətlərdən biridir. Siyasəti, iradəsi, keçmişi və gələcəyi olmayan qondarma bir dövlət. Əlində “sülh göyərçini” olan bu dövlət kimlərinsə sifarişini yerinə yetirərək Cənubi Qafqazda növbəti fitnə-fəsad “peşindədir”.

Və çox güman ki, elə bu da onun sonunu gətirəcək.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki