image-n1karobka_ads
image-123
image-17485998113325327381_1200x630backend

“Euronews Academy” Azərbaycanda fəaliyyətə başlayır

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi ilə Avropanın aparıcı xəbər şəbəkələrindən biri olan “Euronews” telekanalının birgə əməkdaşlığı çərçivəsində “Euronews Academy” beynəlxalq tədris platforması Azərbaycanda fəaliyyətə başlayır.

Doğru.az xəbər verir ki, bu təşəbbüs jurnalistika sahəsində fəaliyyət göstərən peşəkarlarla yanaşı, bu sahəyə maraq göstərən gənclər üçün nəzərdə tutulub. Layihənin ilk mərhələsində “Rəqəmsal jurnalistika” mövzusunda təlim proqramı keçiriləcək.

Təlimlərdə iştirak üçün jurnalistlər, jurnalistika və kommunikasiya ixtisası üzrə sonuncu kurs bakalavr və magistratura tələbələri, eləcə də media sahəsinə maraq göstərən gənclər müraciət edə bilərlər.

Proqram çərçivəsində iştirakçılar bir sıra innovativ modullar üzrə bilik və bacarıqlarla təmin olunacaqlar. Bunlara “Rəqəmsal xəbər toplanması və data əsaslı jurnalistika”, “Rəqəmsal video strategiyası və yeni formatlar”, “Sosial media və YouTube idarəetməsi”, “Jurnalistlər üçün innovativ təcrübələr: süni intellekt alətləri, SEO və məlumatın vizuallaşdırılması”, “Mobil jurnalistika” kimi mövzular daxildir.

Təlimlər “Euronews” kanalının təcrübəli mütəxəssisləri – multimedia jurnalisti Tuba Altunkaya, sosial media komandası rəhbəri Fatih Yetim və texnologiya direktoru Archil Mikadze tərəfindən aparılacaq.

Təlim proqramında yüksək nəticə göstərən iştirakçılar “Euronews” telekanalında təcrübə keçmək imkanı qazanacaqlar.

Qeyd edək ki, müraciətlər üçün son tarix 12 iyundur. Təlim şərtləri və seçim meyarları ilə ətraflı şəkildə buradan tanış olmaq mümkündür.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki