Azərbaycan Beynəlxalq Bankında (ABB) struktur dəyişiklikləri çərçivəsində yeni təyinat baş tutub.
Doğru.az xəbər verir ki, Fərid Orucov bankın Daxili Audit üzrə Ekspertiza Mərkəzinin direktoru vəzifəsinə təyin edilib.
Qeyd edək ki, Fərid Orucov 2016-cı ilin yanvar ayından etibarən ABB-də Daxili Audit departamentinin direktor müavini kimi fəaliyyət göstərib. O, bank sektorunda uzun illər çalışıb və bu vəzifəyədək müxtəlif banklarda rəhbər postlarda işləyib.
F.Orucov 2009-cu ildə Azərbaycan Texnologiya Universitetində Biznes və İdarəetmə İqtisadiyyatı ixtisası üzrə bakalavr təhsili alıb. Bununla yanaşı, o, Koç Universitetində də təhsil alıb.
DOĞRU.AZ




























