Türkiyənin xarici işlər naziri Hakan Fidan Rusiya və Ukrayna arasında iyunun 2-də İstanbulda keçiriləcək danışıqlarda konkret nəticələrin əldə olunacağına ümid etdiyini bildirib.
Bu barədə TASS yazır.
“Biz İstanbuldakı danışıqları yeni başlanğıc kimi görürük”, – deyə Fidan bildirib.
Türkiyənin xarici işlər naziri münaqişənin kritik mərhələyə yaxınlaşdığını qeyd edib və 2025-ci ili davamlı sülhün bərqərar olması üçün mümkün vaxt adlandırıb.
Onun sözlərinə görə, iki mümkün ssenari var: hərbi əməliyyatların davam etdirilməsi və ya daimi sülhün əldə edilməsi.
DOĞRU.AZ