image-n1karobka_ads
image-123
image-68388c9b02e8bd201f793845backend

Fidan Türkiyənin Ukraynada “real” atəşkəslə bağlı fikirlərini Rusiyaya çatdırıb

Türkiyənin xarici işlər naziri Hakan Fidan respublikanın Ukraynadakı atəşkəs rejiminin “real” parametrləri ilə bağlı fikirlərini Rusiyaya çatdırıb.

O, baş verən genişmiqyaslı məhbus mübadiləsini xatırladıb. Onun fikrincə, tərəflər danışıqlarla bağlı mövqelərini bir-birinə açıqlamalıdırlar.

“Ancaq bu məsələni hər tərəfdən izləyən bir ölkə olaraq, atəşkəsə nail olmağa imkan verəcək real parametrlərin hansı ola biləcəyi ilə bağlı öz mövqeyimizi də ifadə etdik”, – TRT onun sözlərini sitat gətirib.

Bundan əvvəl Fidan prezident Vladimir Putinlə görüşünü isti və faydalı adlandırıb . O, həmçinin qeyd edib ki, Rusiya iyunun 2-də İstanbulda keçiriləcək danışıqlarla bağlı Ukraynadan cavab gözləyir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki