image-n1karobka_ads
image-123
image-68dbc6e0ae5ac956cc2e0795backend

Filippot Zelenskiyin maliyyə tələblərini “dəlilik” adlandırdı

image-ad_qayo_720x110px

Fransa Vətənpərvərlər Partiyasının lideri Florian Filippot Ukrayna Prezidenti Volodymyr Zelenskyy-nin Qərb ölkələrindən milyardlarla dollar gözləməsini sərt tənqid edib.

Doğru.az xəbər verir ki, Filippot sosial media hesabında yazıb:
“Nə dəlilik! Zelenski Amerikanın və Aİ ölkələrinin, o cümlədən Fransanın Ukraynaya silah sifarişində ayda 1 milyard dollar gözləyir!”

Fransız siyasətçi həmçinin sual edib ki, Fransanın bu tələblərə həqiqətən razı olub-olmayacağı maraqlıdır.

Qeyd edək ki, Zelenski daha əvvəl Ukraynanın Qərb ölkələri ilə yardımla bağlı razılaşmanın bir hissəsi olaraq ayda 1 milyard dollar alacağını bildirmişdi.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Andrey Qnatov isə açıqlayıb ki, Rusiya ilə bir günlük münaqişə Kiyevə təxminən 172 milyon dollara başa gəlir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki