Fransanın baş naziri Elizabet Born ştatda kütləvi etirazları yatırmaq üçün zirehli maşınlardan istifadə ediləcəyini açıqlayıb.
Bu barədə AFP məlumat yayıb.
BFM-in məlumatına görə, səlahiyyətlilər dörd Centaur avtomobili və 14 zirehli təkərli maşın yerləşdirmək niyyətində idilər.
Bundan əvvəl Fransa prezidenti Emmanuel Makron baş nazir Elizabet Bornu ifrat sağçı Milli Ralli partiyasına qarşı sərt ifadələrinə görə cəzalandırmışdı.
Fransada etirazlar iyunun 27-də axşam saatlarında Paris ətrafında 17 yaşlı yeniyetmənin polis tərəfindən öldürülməsindən sonra başlayıb. Nanterdə başlayan aksiyalar bir gün sonra onlara Lill və Tuluza sakinləri də qoşulub. Daha sonra etirazlar iğtişaşlara və polislə toqquşmaya çevrilib. İyunun 29-na keçən gecə nümayişçilər avtomobilləri yandırıb, vitrinləri sındırıb, polislərə hücum edib, barrikadalar qurublar. Növbəti gün iğtişaşlar davam etdi, polis artıq 600-dən çox adamın həbs edildiyini bildirib.
Mənbə: haberler.com

























